“Yeni il möcüzəsi”

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə dekabr ayının 29-da məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə “Yeni il möcüzəsi” adlı tədbir keçirildi. Tədbirdə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu öndərin təşəbbüsü ilə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə şagirdlərə geniş məlumat verildi.
Şagirdlərin hazırladıqları rəngarəng kompozisiyalar-rəqs, musiqi, şeir parçaları tədbirə rəng qatmış və böyük marağa səbəb olmuşdur.