“Atmosfer təzyiqi. Atmosfer təzyiqinin ölçülməsi” mövzusunda nümunəvi dərs

Dekabr ayının 29-da məktəbin fizika müəllimi Həyat Qaragözovanın təşkilatçılığı ilə 7 “B” sinfində “Atmosfer təzyiqi. Atmosfer təzyiqinin ölçülməsi” mövzusunda nümunəvi dərs keçirdi.
Dərsin keçirilməsində məqsəd şagirdlər tərəfindən atmosfer təzyiqinin mövcudluğunu əsaslandıran müxtəlif təcrübələr nümayiş etdirilməsi, atmosfer təzyiqinin ölçülməsinə aid müstəqil keyfiyyət və kəmiyyət xarakterli məsələlərin həlli, fizika fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsindən ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olundu. Şagirdlər kollektiv formada tapşırıqlar icra etdilər.