"Mənim ailəm" mövzusunda psixodiaqnostik iş

Ailədaxili münasibətlərin əsas xüsusiyyətlərinin aşkar olunması, təsvirin çəkilməsi və suallara cavab əsasında qavrama xüsusiyyətlərini, uşağın ailə münasibətlərinə görə həyəcanın qiymətləndirilməsi məqsədilə dekabr ayının 27-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova və məktəb psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı ilə 4 “C” sinfində " Mənim ailəm " mövzusunda psixodiaqnostik iş aparıldı.