“İnformasiyanın təqdim olunması” mövzusunda əyləncəli açıq dərs

Dekabr ayının 23-də məktəbin informatika müəllimi Ağanisə Əliyevanın təşkilatçılığı ilə 1 “C” sinfində “İnformasiyanın təqdim olunması” mövzusunda əyləncəli açıq dərs keçirildi. Dərsin keçirilməsində məqsəd informatika fənni üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olundu.