“Dahi sərkərdə” mövzusunda təşkilat saatı

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu öndərin xatirəsinin yad edilməsi və siyası fəaliyyəti barədə şagirdləri məlumatlandırmaq məqsədilə məktəbin 3 “C” sinif müəllimi Zülfiyyə Ağayevanın təşkilatçılığı ilə dekabr ayının 6-da “Dahi sərkərdə” mövzusunda təşkilat saatı keçirildi.