“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual bilik yarışı

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda noyabr ayının 28-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı və məktəbin tarix sevən şagirdləri arasında intellektual bilik yarişi keçirildi. Bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərin bilik səviyyələrinin yoxlanılması idi.