“Şən quaş” mövzusunda nümunəvi dərs

Müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə noyabr ayının 25-də məktəbin ibtidai sinif müəllimi Günel Vəlizadənin təşkilatçılığı və 1 “C” sinif şagirdlərinin iştirakı ilə təsviri incəsənət fənnində “Şən quaş” mövzusunda nümunəvi dərs keçirildi.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olundu. Şagirdlər kollektiv formada tapşırıqlar icra etdilər.