Məişət zorakılığına qarşı maarifləndirmə

Noyabr ayının 23-də sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, məktəbin psixoloqu Natavan Qəhrəmanovanın təşkilatçılığı və VII - XI sinif şagirdlərinin iştirakı ilə insan alveri və məcburi əmək cinayətlərinin törədilməsi, məişət zorakılığı, və s neqativ halların qarşısının alınması məqsədilə maarifləndirici söhbət aparıldı və videoslayd nümayış etdirildi. Sonda uşaqları maraqlandıran suallar cavablandırılaraq, müzakirə aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, məişət zorakılığı bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. Cinsi istismar, məcburi əmək,borca görə köləlik, uşaq əməyinin istismarı,” ev ” köləliyi, dilənçilik, insan alveri bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.