Bərk məişət tullantılarının çeşidlənməsi ilə bağlı təbliğat

Bərk məişət tullantılarının idarə edilməsi,tullantıların çeşidlənməsi ilə əlaqədar şagirdlər arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə noyabr ayının 23-də sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova,Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və məktəbin bir qrup şagirdlərinin iştirakı ilə tullantıların çeşidlənməsilə bağlı söhbətlər aparıldı. Sonda tullantı materiallarında istifadə olunaraq şagirdlərin hazırladıqları əl işləri nümayiş etdirildi.