İmtahana hazırlıq barədə

Məktəbin Fəaliyyət Planının 1.1.3.3-cü bəndinə müvafiq olaraq IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıqlarının yüksəldilməsi məqsədilə 06.12.2016-cı il tarixdə məktəbdə Azərbaycan dili və riyaziyyat fənnləri üzrə sınaq imtahanı keçirilmişdir. Əsas məqsədimiz şagirdlərin bilik səviyyəsini müəyyənləşdirmək və onları buraxılış imtahanlarına hazırlamaqdır. Bu sahədə işimizi davam etdirəcəyik ki, buraxılış imtahanlarında şagirdlərimiz yüksək nəticə göstərsinlər.