"Voleybol" yarışının keçirilməsi barədə

Məktəbin Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə məktəbdə VII-X siniflər arasında 03.12.2016-cı il tarixdə “Voleybol” yarışı keçirilmişdir. Yarışın mukafatlandırma mərasimində məktəbin fiziki tərbiyə müəllimi Dünyamalıyev Fərman qalibləri təbrik etmiş,onlara təhsildə, idman həyatında yeni-yeni uğurlar arzulamışdır. Yarışın sonunda qaliblər diplomlarla və fəxri fərmanlarla təltif olunmuşlar.