"Gələcəyimizi birlikdə düşünək, narkomaniya yox deyək "-anonim sorğu

Noyabr ayının 21-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və IX-X sinif şagirdlərinin iştirakı ilə "Gələcəyimizi birlikdə düşünək, narkomaniya yox deyək" mövzusunda anonim sorğu keçirildi. Sorğuda psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, onlardan qorunmaq yolları, pis vərdişlərdən uzaq qalmaq haqqında sorğu anketləri təqdim olundu və sorğuda iştirak edən şagirdlər anonimlik qorunmaqla öz fikirlərin qeyd etdilər.