Peşəyönümü işinin gücləndirilməsi

Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılması, şagirdlərinin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi məqsədilə noyabr ayının-17-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə məktəbin bir qrup buraxılış sinif şagirdlərinın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasına ekskursiyası təşkil edildi.