“Milli Azərbaycan Tarix Müzeyi”nə ekskursiya

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə noyabr ayının 17-də məktəbin ibtidai sinif müəllimi Natella Məhərrəmovanın təşkilatçılığı ilə 4 “A” sinif şagirdləri “ Milli Azərbaycan Tarix Müzeyi”nə ekskursiya etdilər. Şagirdlər müxtəlif qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyavi materiallar və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyəti və tarixi ilə tanış oldular.
İlham Əliyev cənablarının muzeyin fəxri qonaqlar kitabında yazdığı sözlər Azərbaycan mədəniyyətinə, xalqın mənəvi irsinə münasibətini bir daha nümayiş etdirir:“Tarix Muzeyi əsaslı təmirdən sonra öz fəaliyyətini davam etdirir. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin bütün avadanlığı dünya standartlarına uyğundur. Muzeyin binası və daxili tərtibatı Azərbaycanın milli sərvətidir. Biz Muzeyi təmir etdirməklə ona yeni həyat verdik. Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanmış bu şəxsiyyət Azərbaycan gənclərinin maarifləndirilməsinə böyük töhfələr vermişdir. Əminəm ki, Muzeyin bundan sonra da fəaliyyəti həmişə olduğu kimi uğurlu olacaq. Tarix Muzeyinin bütün əməkdaşlarına yeni uğurlar arzulayıram”.