Məktəblərarası məntiq yarışı

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi, məntiqi biliklərin artırılması, istedadlı şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi və elmə marağının artırılması məqsədi ilə 29.11.2016-cı il tarixdə 232 saylı tam orta məktəbdə 3 məktəbin – 232, 140 və 85 saylı tam orta məktəb VI-VIII sinif şagirdlərindən ibarət komandalarının iştirakı ilə məktəblərarası məntiq yarışı keçirilmişdir. Tədbirdə hər 3 məktəbin direktoru çıxış edərək şagird nailiyyətlərinin artırılmasında məktəblərarası yarışların xüsusi rolundan danışmış, komandalara uğurlar arzulamışdır. Tədbirldə məktəbimizin Zəfər komandası daha yaxşı çıxış edərək yarışın qalibi olmuşdur. Tədbirin sonunda komanda üzlərinə müxtəlif hədiyyələr və diplomlar verilmişdir.