“Tarixə düşən Zəfərimiz”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən tarixi qələbə qazanıldı.
8 noyabr-Zəfər Günü kimi tarixə düşən bu gün ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün münasibətilə noyabr ayının 5-də məktəbin müəllimi Ruhiyyə İbadovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Tarixə düşən Zəfərimiz” adlı tədbir keçirildi.Tədbirdə çıxış edən məktəbin direktoru Maxsud Əhmədov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi və sözü qonaqlara verdi. Tədbirdə qonaq qismində iştirak edən 2-ci Qarabağ müharibəsi şəhidi Səbuhi Əsədovun anası Cahan xanım, müharibə iştirakçıları və qazilər öz çıxşlarında bu tarixi qələbəni bizə yaşadan Şanlı Ordumuzun qəhrəmanlığından danışdılar. Sonda məktəbin şagirdləri öz bacarıqlarını nümayiş etdirərək tədbirə rəng qatdılar.