“Qarabağımızı tanıyaq və tanıdaq” mövzusunda açıq dərslər

“7-dən 17-yə vətənpərvər !” layihəsinin icrası ilə bağlı vətənimizin şagirdlərə tanıdılması istiqamətində “Qarabağımızı tanıyaq və tanıdaq” mövzusunda noyabr ayının 4-də məktəbin tarix müəllimləri Aynur Əsgərova 7 “B” və Ulduzə Qarayeva 10 “A” siniflərində açıq dərslər keçirdilər. Azərbaycanın tarixi və coğrafiyası, mədəniyəti, adət və ənənələri, tanınmış şəxsiyyətləri barədə söhbət aparıldı və şagirdlərlə debatlar təşkil olundu.