"Qarabağ, musiqi beşiyi"

İstedadlı şagirdlərin üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının aşkarlanması, inkişaf etdirilməsi məqsədilə noyabr ayının 4-də sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı ilə "Qarabağ, musiqi beşiyi" adlı musiqili-bədii kompozisiya keçirildi və məktəb üzrə xüsusi istedada malik şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər.