“Hüquqlarımızım keşiyində” adlı dəyirmi masa

Məktəbin şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Yeganə Məlikova , Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və IV siniflərin iştirakı ilə “Hüquqlarımızım keşiyində” adlı dəyirmi masa keçirildi. Tədbirdə uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə şagirdlərə ətraflı məlumat verildi. Sonda şagirdlər qrup şəklində “Hüquqlarımızım keşiyində” adlı divar qəzetləri hazırladılar.