Mənim hüquqlarım

Oktyabr ayının 25-də “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı, 4 “A ”və 4 “Ç” siniflərində “Mənim hüquqlarım” mövzusunda müzakirələr keçirildi. Şəbnəm müəllim uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlərinin fikirləri dinlənildi.