“Yarım qalan Cavad ömrü” adlı dəyirmi masa

Oktyabr ayının 24-də dahi şair və mütəfəkkir Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar məktəbin kitabxanaçısı Umleyla Xələfovanın təşkilatçılığı və Kiçik Akademiyanın ədəbiyyatsevən üzvlərinin iştirakı ilə “Yarım qalan Cavad ömrü” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada şairin həyat və yaradıcılıq yoluna işıq salaraq onun əsərlərindən nümunələr söylənildi, 8 “Ç” sinif şagirdi Nurgün Ramazanlının ifasında şairin sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz" adlı mahnı ifa edildi.