“Xudafərin üzərində qələbəmiz” adlı əl işləri sərgisi

2020-ci il oktyabr ayının 18-də Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü ilə yanaşı daha iki yaşayış məntəqəsi Hacılı və Hacı İsaqlı kəndləri Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi ilə əlaqədar məktəbin təsviri incəsənət dərnəyinin üzvlərinin “Xudafərin üzərində qələbəmiz” mövzusunda hazırladıqları əl işləri nümayiş etdirildi və şagirdlərin böyük marağına səbəb oldu.