"Müstəqilliyimiz əbədidir” vətənpərvərlik mövzusunda tədbir

Müstəqilliyin Bərpası Günü ilə əlaqədar oktyabr ayının 18-də məktəbin şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimovanın təşkilatçılığı və VII-IX şagirdlərinin iştirakı ilə " Müstəqilliyimiz əbədidir ” vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdləri milli vətənpərvər ruhda tərbiyə etmək, gənc nəsildə öz vətəni uğrunda mübarizə əzmini gücləndirməkdən ibarətdir.