"Müstəqilliyimizin bərpası günü" mövzusunda dəyirmi masa

Müstəqilliyin Bərpası Günü - Azərbaycan xalqının ən mühüm tarixi günlərindən biridir. Bu münasibətlə oktyabr ayının 18-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və 10-11-ci sinif şagirdlərinin iştirakı ilə "Müstəqilliyimizin bərpası günü" mövzusunda dəyirmi masa keçirildi. "Dəyirmi masa"-nın iştirakçıları Milli Müstəqillik Gününün tarixi əhəmiyyətini müasir Azərbaycan dövlətinin quruculuğu yolunda mühüm addım kimi qiymətləndirərək geniş fikir mübadiləsi apardılar.