"Gələcəyimizi birlikdə düşünək, narkomaniya yox deyək "

Oktyabr ayının 14-də məktəbin tərbiyə işləri üzrə direktor müavini-Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və IX-XI sinif şagirdlərinin iştirakı ilə "Gələcəyimizi birlikdə düşünək, narkomaniya yox deyək " mövzusunda tədbir keçirildi. Tədbirdə psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədən danışıldı, şagirdlərə pis vərdişlərdən uzaq qalmaq tövsiyələr verildi. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.