“Tarixə düşən zəfərimiz” mövzusunda sinif təşkilat saatları

Sentyabr ayının 27-də məktəbin ibtidai sinif müəllimləri 1“A” Hüsniyyə İsayeva, 1“C” Günel Vəlizadə, 2“B” Ülviyyə Hüseynova, 2“C” Aygün Mədətova, 2“Ç” Aysel Şükürovanın təşkilatçılığı və sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə 27 sentyabr Anım Gününə həsr olunmuş “Tarixə düşən zəfərimiz” mövzusunda sinif təşkilat saatları keçirdi.
Əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.