"Tarixə yazılan qələbə” mövzusunda divar qəzetləri

Sentyabr ayının 27-də sinif rəhbərlərinin təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş “Tarixə yazılan qələbə” mövzusunda sinif divar qəzetləri hazırlanmışdır. Şagirdlər hazırladıqları divar qəzetlərində 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda igid Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən bəhs etmişdilər.