Mənim hüquqlarım

BMT-nin Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Uşaq hüquqları aylığı çərçivəsində R.Abidov adına 85№-li tam orta məktəbdə pedaqoji kollektivin ümumi yığınacağı keçirilmişdir. Yığınacaqda kollektiv üzvləri uşaq hüquqları ilə bağlı məsələlərlə tanış edilmiş, görüləcək işlər müəyyənləşdirilmişdir. Aylıq çərçivəsində bütün siniflərdə BMT-nin Uşaq hüquqları Konvensiyasına həsr edilmiş sinif təşkilat saatları keçirilmiş, məktəbin V-XI sinif şagirdləri arasında “Mənim hüquqlarım” adlı şeir müsabiqəsi, şagirdlərin əl işlərindən ibarət rəsm müsabiqəsi təşkil olunmuşdur. İbtidai siniflər tərəfindən “Mənim hüquqlarım” mövzusunda tədbir, X-XI sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Noyabr ayında keçirilmiş ümumməktəb valideyn iclasında BMT-nin uşaq hüquqları Konvensiyası ilə əlaqədar maarifləndirici məlumatlar verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi