“Təbiəti qoruyanlar” adlı layihə

“Təbiəti qoruyanlar” adlı layihə ilə bağlı silsilə tədbirlərimiz davam edir. Şagirdlərdə sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması üçün may ayının 18-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə məktəb ağaclarına qonan quşlar üçün yuvalar düzəldilərək ağaclarda yerləşdirildi.