9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü

09 noyabr 2016-cı il tarixdə R.Abidov adına 85 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət bayrağı gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Dövlət bayrağı günü ilə əlaqədar slaydlar təqdim edilmiş.Dövlət bayrağına həsr edilmiş şeirlər və mahnılar səsləndirilmişdir.Həmçinin bütün siniflərdə Dövlət bayrağı gününə həsr edilmiş divar qəzetləri baraxılmış,sinif təşkilat saatlarında dövlət bayrağı günü haqqında şagirdlərə geniş məlumat verilmişdir.