“Əziz Şuşa, sən azadsan!” adlı rəsm müsabiqəsi keçirildi

“Şuşa ili” ilə bağlı Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir. Aprel ayının 28-də əlverişli hava şəraitinə uyğun olaraq açıq havada məktəbin təsviri incəsənət müəllimi Arzu Məhsumovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə “Əziz Şuşa, sən azadsan!” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin nəticələri məktəb şagirdlərinin səsverməsilə təyin edildi.