“Təbiəti qoruyanlar” adlı layihə ilə bağlı silsilə tədbirlərimiz davam edir. Aprel ayının 27-də məktəbin biologiya müəllimi Naidə Əzizova “Bitkilərə həyat verək” devizi altında 6 “B” sinif şagirdlərinin iştirakı ilə məktəbimizin həyətyanı sahəsində müxtəlif növ güllər əkdilər.