Qeyri-infeksion xəstəliklərlə mübarizə.

Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2016-ci illər üçün “Strategiya”nın icrasını təmin etmək məqsədilə tərtib olunmuş tədbirlər planına əsasən 4 noyabr 2016-cı il tarixdə məktəbdə yuxarı sinif şagirdlərinin, valideynlərin iştirakı ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 saylı sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiyanın icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin Tədbirlər planının mahiyyəti tədbir iştirakçılarının nəzərinə çatdırılmış, bununla əlaqədar məktəbdə keçiriləcək tədbirlər haqqında şagirdlərə geniş məlumat verilmişdir. Eyni zamanda qeyri infeksion xəstəliklərin insan orqanizminə zərərli təsiri və onlarla mübarizə mövzusunda Bakı şəhəri 8 saylı birləşmiş uşaq xəstəxanasının şöbə müdiri Ədilə Abdullayevanın məzurəsi dinlənilmiş, həmçinin bu mövzuda şagirdlərin, valideynlərin və müəllimlərin çıxışları dinlənilmişdir. Qeyri infeksion xəstəliklərin insan orqanizminə mənfi təsiri barədə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçiriləcəyi şagirdlərin diqqətinə çatdırılmışdır.