“Elimizə Novruz gəlir” adlı tədbir keçirildi

"Bahar çələngi" adlı silsilə tədbirlərimiz davam edir. Şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli - mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə mart ayının 17-də “Elimizə Novruz gəlir” adlı tədbir keçirildi.