“Novruz Bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya yarışı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq mart ayının 10-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Məlikova və UBR Şəbnəm Sadıqlının təşkilatçılığı ilə V sinif şagirdləri arasında “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya yarışı keçirildi. Bu günün keçirilməsi gənc nəslin Azərbaycan milli kulinariyasının sirlərinə yaxından bələd olması, milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından əhəmiyyətlidir.