“Xocalı harayı” adlı tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə əlaqədar silsilə tədbirlərimiz davam edir.
Tədbirlər planına müvafiq olaraq fevralın 25-də məktəbin tarix müəllimi Ulduzə Qarayeva, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı və VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tarix müəllimi Ulduzə Qarayeva çıxış edərək qeyd etdi ki, “30 il Xocalısız yaşamış xalqın içindəki intiqam, məğlubiyyət, hüzn hissini azaldan Vətən müharibəsinin qalibiyyəti oldu. Lakin heç bir qalibiyyət hissi bu vəhşiliyin, bu amansızlığın gercəkliyini bizə unutdura bilməz. Nəinki bizə, bütün dünyaya ….”
Tədbir zamanı şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirildi, rəsmlər və hazırladıqları slaydlar nümayiş etdirildi.