"Müstəqillik günü"nün keçirilməsi barədə

Bakı şəhəri R.Abidov adın 85 saylı tam orta məktəbdə 18.10.2016-cı il tarixdə müasir, güclü Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edilməsinin 25 –ci ildönümü qeyd edildi.Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.