“Ana dili – milli sərvətimizdir” adlı inşa yazı müsabiqəsi keçirildi

Fevral ayının 21-də Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəbin VII-X sinif şagirdlərinin iştirakı ilə “Ana dili–milli sərvətimizdir” adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqə şagirdlərdə doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək məqsədi daşıyır.