“Şəhidlər ölməzdir” adlı tədbir keçirildi

Yanvar ayının 19-da məktəbimizin UBR- Şəbnəm Sadıqlının təşkilatçılığı ilə 1990 - cı il 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməzdir” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, şəhidlik zirvəsinin ən yüksək zirvə olduğu aparıcılar tərəfindən xüsusilə vurğulandı. Tədbirdə 20 yanvar hadisələri ilə bağlı fikirlər söylənildi, müstəqilliyimizin şəhidlərimizin qanı bahasına əldə edildiyi qeyd edildi. Bu cür tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayır.