"Dahi sərkərdə" adlı tədbir keçirildi

    Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədirlərimiz davam edir. Dekabr ayının 8-də məktəbin tarix müəllimi Gülnaz Hüseynova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və 7“Ç”, 8“B”, 8“C” sinif şagirdlərinin iştirakı ilə dahi sərkərdə H.Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti, həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlərini əks etdirən “Dahi sərkərdə” adlı tədbir keçirildi.

    "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", “Xalqa bağışlanan ömür” və bu kimi digər mövzularda keçirilən tədbirlərdə şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi