Noyabr ayının 24-də məktəbəqədər və məktəb yaşı həddində olan uşaqların yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş “İşıqfor bizim dostumuzdur” adlı maraqlı tədbir keçirildi. Tədbir məktəbəqədər yaşlı uşaqların yaşına və düşüncəsinə uyğun tərzdə interaktiv oyun və maraqlı söhbət şəkilində quruldu.