“Biz də hüquqlarımızı tanıyırıq”

Noyabr ayının 18-də “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin I-IV siniflərində “Biz də hüquqlarımızı tanıyırıq” mövzusunda müzakirələr keçirildi. Sinif müəllimləri uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə şagirdlərə ətraflı məlumat verdilər. Daha sonra şagirdlərinin fikirləri dinlənildi.