“8 Noyabr- Zəfər Günü” adlı tədbir keçirildi
44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
05 noyabr tarixində məktəbin tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı ilə “8 Noyabr- Zəfər Günü” adlı tədbir keçirildi. Tədbirdə şəhid Səbuhi Əsədovun anası Cahan xanım, məktəbimizin məzunu olmuş Vətən müharibəsi iştirakçıları iştirak etdilər. Tədbir Qarabağ Azərbaycandır!, Yaşasın Azərbaycan şüarları ilə tamamlandı.