“Tarixə yazılan qələbə” mövzusunda sinif divar qəzetləri hazırlanmışdır

2021-2022-ci tədris ilində məktəbin tədbirlər planına əsasən Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirən silsilə tədbirlərimiz davam edir. 8 noyabr Zəfər günü ilə əlaqədar məktəbimizin şagirdləri tərəfindən “Tarixə yazılan qələbə” mövzusunda sinif divar qəzetləri hazırlanmışdır. Şagirdlər tərəfindən hazırlanmış divar qəzetlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əks olunmuşdur.