“Qarabağ regionunun coğrafi mövqeyi və təbii sərvətləri ” mövzusunda açıq dərs keçirildi

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2021-2022-ci tədris ili üçün Fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir. Noyabr ayının 1-də məktəbin tarix müəllimi Ulduzə Qarayevanın təşkilatçılığı ilə IX “A” sinfində “Qarabağ regionunun coğrafi mövqeyi və təbii sərvətləri ” mövzusunda açıq dərs keçirildi. Qarabağın tarixi və coğrafiyası, mədəni abidələri, tanınmış şəxsiyyətləri barədə şagirdlərə ətraflı məlumat verildi.