“Zəfər tarixinin başlanğıcı” adlı şeir müsabiqəsi keçirildi

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən sentyabrın 27 də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Məlikova və UBR Şəbnəm Sadıqlının təşkilatçılığı ilə III və IV sinif şagirdləri arasında “Zəfər tarixinin başlanğıcı” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqənin sonunda qaliblər diplomlarla və fəxri fərmanlarla təltif olundular.