“31 mart azərbaycanlıların soyqırım günü” adlı onlayn sinif təşkilat saatı keçirildi

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "31 mart azərbaycanlıların soyqırım günü”nün keçirilməsi barədə mart ayının 31-də məktəb üzrə sinif təşkilat saatı keçirildi. Təşkilat sattında soyqırım haqqında şagirdlərə geniş məlumat verildi, hazırlanmış videotəqdimatlar böyük həvəslə izlənildi.