“Poeziya dünyasının dahisi” mövzusunda divar qəzetləri hazırlandı

Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası,və məktəbin fəaliyyət planına əsasən silsilə tədbirlərimiz davam edir. Mart ayının 2-də məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VII-IX sinif şagirdlərinin iştirakı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Poeziya dünyasının dahisi” mövzusunda divar qəzetləri hazırlandı.