“Xocalı harayı” adlı onlayn tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması,  xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar  silsilə tədbirlərimiz davam edir.

Tədbirlər planına müvafiq olaraq fevralın 26-da məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı, məktəbin tarix müəllimləri və VII-VIII sinif şagirdlərinin iştirakı ilə “Xocalı harayı” adlı onlayn tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir qəqiqəlik sükutla yad etdilər. Tarix müəllimi Aynur Əsgərova çıxış edərək qeyd etdi ki,  “28 il Xocalısız yaşamış xalqın içindəki intiqam, məğlubiyyət, hüzn hissini bu il azda olsa azaldan Vətən müharibəsinin qalibiyyəti oldu. Lakin heç bir qalibiyyət hissi bu vəhşiliyin, bu amansızlığın gercəkliyini bizə unutdura bilməz. Nəinki bizə, bütün dünyaya ….”  

Tədbir zamanı şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirildi, rəsmlər və hazırladıqları slaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi