“Qanla yazılan tarix unudulmur” adlı distant sinif təşkilat saatı keçirildi

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması,  xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.

    Tədbirlər planına müvafiq olaraq fevralın 26-da 1”B”,1“Ç”,2“B”,4“C”,5"B",6“C” və 7”Ç” siniflərində “Qanla yazılan tarix unudulmur” adlı distant sinif təşkilat saatı keçirildi. Təşkilat saatında iştirak edən Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı çıxış edərək qeyd etdi ki: “İnsanlıq hər nəyi unutsa da bir ananın fəryadını unutmaz, unuda bilməz! Xocalı elə bir yaradır ki, o yaranı “Ana harayı” abidəsi tərənnüm edir. Bu kifayətdir , yaramızın nə qədər dərin və ağrılı olduğunu izah etməyə”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi